Azərbaycan, Bakı, 20 aprel /Trend, müxbir İ.İzzət/
Qaynı Rizvan Əzizovu qətlə yetirmiş Cəlilabad rayon sakini İbrahim Murtuzov tutulub.
Trend Daxili İşlər Nazirlyinin rəsmi məlumatına istinadən xəbər verir ki, aprelin 20-də Cəlilabad rayonunda rayon sakini İbrahim Murtuzov münaqişə zəminində qaynı Rizvan Əzizova bıçaqla xəsarət yetirib. Əzizov xəstəxanaya aparılarkən yolda ölüb.
Cəlilabad Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Murtuzov tutulub.
İlkin araşdırma Cəlilabad rayon Prokurorluğu tərəfindən aparılır.