...

Türkiyədə baramaaçma fabriki yanır

Hadisə Materials 23 Aprel 2013 12:58 (UTC +04:00)
Türkiyənin Qaziantep şəhərində baramaaçma fabriki yanır.
Türkiyədə baramaaçma fabriki yanır

Azərbaycan, Bakı, 23 aprel/Trend, müxbir A. Tağıyeva/

Türkiyənin Qaziantep şəhərində baramaaçma fabriki yanır. Bu barədə Trend çərşənbə axşamı "Sabah" onlayn-qəzetinə istinadən məlumat verir.

Məlumata görə, hadisə yerinə 25 yanğınsöndürmə maşını və 100 yanğınsöndürən gəlib. Onlar alovun fabrikin bütün ərazisinə yayılmasının qarşısını almaq üçün yanğının ocağını nəzarət altına almağa çalışırlar.

Yanğının başvermə səbəbi hələlik məlum deyil. Yanğın fabrikin anbarında başlayıb. Müəssisənin işçiləri təxliyə edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti