Azərbaycan, Bakı, 24 aprel /Trend, müxbir İ.İzzət/
Suraxanı rayon sakini qaynını bıçaqla qətlə yetirib.
Suraxanı rayon Prokurorluğundan Trend-ə verilən məlumata görə, aprelin 23-də axşam saat 23:00 radələrində 1994-cü il təvəllüdlü Məmmədov Elçin Nizami oğlu Suraxanı rayonu 2-ci Mədən küçəsində yaşadığı evdə qaynı Miroşniçenko Nikolay Yevgenyeviçə aralarında yaranmış münaqişə zəminində bıçaqla qəsdən xəsarət yetirərək həyatdan məhrum edib.
Faktla əlaqədar rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (Qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi açılıb, istintaq davam edir.