...

Misirin Baş nazirinin avtomobil karvanına hücum olub

Hadisə Materials 6 May 2013 09:28 (UTC +04:00)

Azərbaycan, Bakı, 6 may /Trend, müxbir R.Hafizoglu/


Misirin hökumət başçısı Hişam Qəndilin avtomobil karvanına paytaxt Qahirə yaxınlığında naməlum şəxslər tərəfindən silahlı basqın olub. Trend in məlumatına görə, bu haqda Türkiyənin Anadolu agentliyi məlumat verib.

Məlumata görə, silahlı basqın nəticəsində Baş nazirin cangüdənlərindən biri yaralanıb. Hişam Qəndilin avtomobil karvanı hadisə yerindən uzaqlaşmağa müvəffəq olub. Silahlı basqınçıların kimliyinin müəyyənləşdirilməsi üçün araşdırılma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti