Azərbaycan, Bakı, 8 may /Trend, müxbir İ.İzzət/
Bakıda saxta əmək kitabçası satan şəxs saxlanılıb.
Trend-in DİN-in mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Nəqliyyatda Baş Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini Asiyaxanım Hüseynova həmyerlisi Gülarə Bədirova tərəfindən Biləcəri qəsəbə sakini Orxan İmanovun adına düzəldilmiş saxta əmək kitabçasını 420 manata satarkən saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.