...

Goranboyda top mərmisi və hərbi sursat tapılıb

Hadisə Materials 14 İyun 2013 14:08 (UTC +04:00)
Goranboy rayonu ərazisindən 1 ədəd partlamamış top mərmisi və digər hərbi sursat tapılıb.
Goranboyda top mərmisi və hərbi sursat tapılıb

Azərbaycan, Bakı, 14 iyun /Trend, müxbir İ.İzzət/

Goranboy rayonu ərazisindən 1 ədəd partlamamış top mərmisi və digər hərbi sursat tapılıb.

Trend Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatına istinadən xəbər verir ki, Xocalı Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən Goranboy rayonunun Yuxarı Ağcakənd kəndi ərazisindəki "Alma bağı" adlandırılan ərazidən 1 ədəd partlamamış top mərmisi və digər hərbi sursat tapılıb. Mərmi və sursat zərərləşdirilmək üçün Azərbaycan Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyinin (ANAMA) Çevik Əməliyyat Qrupunun əməkdaşlarına təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti