...

Piyadanın ölümünə səbəb olan sürücü təslim oldu

Hadisə Materials 18 İyun 2013 19:48 (UTC +04:00)
Trend Kəpəz TV-yə istinadən xəbər verir ki, Gəncə-Bakı avtomobil magistralının 4-cü km-də Gəncə sakini 49 yaşlı Şahin Qurbanovu vuraraq hadisə yerindən qaçan Goranboy rayonu Nizami kənd sakini Arif Elxan oğlu Gözəlov polis tərəfindən saxlanılıb.
Piyadanın ölümünə səbəb olan sürücü təslim oldu

Azərbaycan, Bakı, 18 iyun /Trend/

Piyadanın ölümünə səbəb olan sürücü təslim oldu.

Trend Kəpəz TV-yə istinadən xəbər verir ki, Gəncə-Bakı avtomobil magistralının 4-cü km-də Gəncə sakini 49 yaşlı Şahin Qurbanovu vuraraq hadisə yerindən qaçan Goranboy rayonu Nizami kənd sakini Arif Elxan oğlu Gözəlov polis tərəfindən saxlanılıb.

Gəncə şəhər BPİ-nin İstintaq İdarəsinin müstəntiqi Nəsimi Vəliyev bildirib: "İstintaqın ilkin mərhələsində şübhəli şəxsin törətdiyi cinayət əməli özünün də etirafı, digər maddi sübutlar və toplanmış etibarlı və dəlilli sübutlarla təsdiq olunub. Hazırda hadisəni törədən şəxs şübhəli qismində tutulmuş və ifadəsi alınmışdır".

Hadisənin şokundan ayıla bilməyən Arif Gözəlov piyadanı köməksiz qoymasını qorxması ilə əlaqələndirib. Onun sözlərinə görə, insan həyatına bais olduğunu ona başqaları deyib.

Hadisə yerindən uzaqlaşdığını etiraf edən A.Gözəlov bu gün polis idarəsinə gələrək təslim olduğunu qeyd edib.

Baş verən hadisə ilə bağlı Cinayət Məcəlləsinin 263.2 və 264-cü maddələrinə əsasən Gəncə şəhər Baş Polis İdarəsi tərəfindən istintaq başlanılıb. İstintaqın nəticəsindən sonra sürücünün, yoxsa piyadanın günahkar olub-olmaması müəyyənləşdiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti