...

Yük qatarı Ucar rayon sakinini vuraraq öldürüb

Hadisə Materials 30 İyul 2013 12:54 (UTC +04:00)

Azərbaycan, Bakı, 30 iyul /Trend, müxbir İ.İzzət/

Ucar rayonu ərazisində yük qatarı ilə rayon sakini vurulub.

Trend Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, iyulun 29-da saat 23.30 radələrində Ucar rayonunun Alıkənd kəndi ərazisində yük qatarı ilə rayon sakini Nizami Hacıyev vurulub.

Nəticədə Hacıyev aldığı xəsarətdən hadisə yerində ölüb.

Faktla əlaqədar DİN-in Nəqliyyatda Baş Polis İdarəsi tərəfindən araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti