Azərbaycan, Bakı, 8 avqust /Trend, müxbir İ.İzzət/
Bakı sakini 3 nəfəri bıçaqlayıb.
Sabunçu Rayon Polis İdarəsindən Trend-ə verilən məlumata görə, avqustun 7-də Sabunçu rayonunda Bakı sakini Sənan İsmayılov münaqişə zəmində həmyerliləri Seymur Rzayev, Samir Aslanov və Cəbrayıl rayon sakini Sərdar Zamanova bıçaqla xəsarət yetirib.
Seymur İsmayılov Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən yaxalanıb.
Faktla əlaqədar araşdırma aparılır.