...

Oğuzda ağır yol qəzası baş verib, 3 nəfər ölüb və 1 nəfər xəsarət alıb

Hadisə Materials 16 Avqust 2013 23:41 (UTC +04:00)
Hadisə zamanı minik avtomobili yük avtomobili ilə toqquşub. Nəticədə 3 nəfər dünyasını dəyişib, 1 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Oğuzda ağır yol qəzası baş verib, 3 nəfər ölüb və 1 nəfər xəsarət alıb

Azərbaycan, Bakı, 16 avqust /Trend/

Hadisə zamanı minik avtomobili yük avtomobili ilə toqquşub. Nəticədə 3 nəfər dünyasını dəyişib, 1 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Trend Kanal S-ə istinadən xəbər verir ki, yol qəza hadisəsi Qaraməryəm-İsmayıllı-Şəki magistral yolunun 95-ci km-də Oğuzun Dəymədağlı kəndi ərazisində qeydə alınıb. Belə ki, hadisə zamanı Şəki sakini Salahov Zabit Paşa oğlunun idarə etdiyi Hyunday markalı avtomobillə, Biləsuvar rayon sakini Seyfullayev Əlibəy Nəci oğlunun idarə etdiyi yanacaq daşıyan avtomobil toqquşub. Nəticədə Hyunday markalı avtomobilin sürücüsü, onun həyat yoldaşı Salahova Təranə Zəkəriyyə qızı və onların nəvəsi 2013-cü il təvəllüdlü Musayev Ömər Anar oğlu elə hadisə yerindəcə dünyalarını dəyişiblər. Avtomobildə olan digər sərnişin sürücünün qızı 1992-ci il təvəllüdlü Musayeva Günay Zabit qızı ilk olaraq ağır bədən xəsarətləri ilə Oğuz mərkəzi rayon xəstəxanasına çatdırılıb. Daha sonra xəsarət alan şəxs müalicənin davamı üçün Şəki mərkəzi rayon xəstəxanasına göndərilib.

Qəza zamanı Hyundayın sürücüsü avtomobildə sıxılmış vəziyyətdə qaldığından hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Şimal-Qərb regional mərkəzinin xilasetmə qüvvələri cəlb olunub. Təxminən yarım saatlıq xilasetmə əməliyyatından sonra sürücü avtomobildən çıxarılıb və aidiatı orqanlara təhvil verilib. Qəzaya səbəb kimi ilkin olaraq Hyunday markalı avtomobilin sürücüsünün düzgün sürət həddi seçməməsi və manevretmə qaydasını pozması ehtimal edilir.

Faktla əlaqədar BDYP-nin istintaq bölməsi tərəfindən araşdırmalar aparılır. Qəzanın dəqiq səbəbləri aparılacaq araşdırmalardan sonra bəlli olacaq.

Qeyd edək ki, dünyasını dəyişən Zabit Salahov Şəkidə tanınmış istirahət mərkəzlərindən birinin rəhbəri olub.

Xəbər lenti

Xəbər lenti