...

Şəkidə avtomobil ağaca çırpılıb: bir ölü, iki yaralı

Hadisə Materials 21 Avqust 2013 18:02 (UTC +04:00)

Azərbaycan, Bakı, 21 avqust /Trend, müxbir İ.İzzət/

Şəkidə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Trend Kanal S-ə istinadən xəbər verir ki, hadisə saat 17:00 radələrində Şəki-Oğuz yolunda baş verib. "10-UC-208" dövlət qeydiyyat nişanli "BMW" markalı avtomobil Şəki istiqamətində hərəkətdə olarkən idarəetməni itirib və yol kənarındakı ağaca çırpılıb.

Nəticədə bir nəfər ölüb, iki nəfər - Xəlilov İbrahimxəlil Əhməd oğlu və Çələbiyev Təbriz Mənsur oğlu müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdirliblər. Hələlik vəfat edən şəxsin kimliyini dəqiqləşdirmək mümkün olmayıb.

Hadisəyə yüksək sürətin səbəb olduğu ehtimal edilir. Qəzanın dəqiq başvermə səbəbləri faktla bağlı Şəki Şəhər Rayon Polis Şöbəsində aparılacaq araşdırmalardan sonra bəlli olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti