...

Goranboyda “Mercedes” aşıb: bir ölü, bir yaralı

Hadisə Materials 29 Avqust 2013 13:14 (UTC +04:00)
Goranboy rayonu Alpoud kəndinin ərazisində baş verən yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib.
Goranboyda “Mercedes” aşıb: bir ölü, bir yaralı

Azərbaycan, Bakı, 29 avqust /Trend, müxbir İ.İzzət/

Goranboy rayonu Alpoud kəndinin ərazisində baş verən yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib.

Trend Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytına istinadən xəbər verir ki, avqustun 28-də saat 23.40 radələrində Goranboy rayonu Alpoud kəndinin ərazisində kənd sakini Elgün Məmmədov idarə etdiyi "Mercedes" markalı avtomaşını aşırıb.

Nəticədə Məmmədov hadisə yerində ölüb, xəsarət almış sərnişini, həmkəndlisi Kamil Musayev isə xəstəxanaya yerləşdirilib.

Faktla əlaqədar Goranboy Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti