Azərbaycan, Bakı, 7 sentyabr /Trend, müxbir A.Tağıyeva/
Ötən gecə Türkiyənin Manisa vilayətinin Saruhanlı rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Trend-in "Anadolu" agentliyinə istinadən verdiyi məlumata görə, sürücünün idarəetməni itirməsi səbəbindən Bodruma hərəkət edən sərnişin avtobusu aşıb.
Qəza nəticəsində 46 nəfər müxtəlif dərəcəli xəsarət alıb. Xəsarət alanlar yaxınlıqdakı xəstəxənaya çatdırılıb. Onlardan bəzilərinin vəziyyəti olduqca ağır qiymətləndirilir.