...

Türkiyədə ağır yol qəzası baş verib, yeddi nəfər ölüb

Hadisə Materials 19 Sentyabr 2013 09:42 (UTC +04:00)
Türkiyənin Afyonkarahisar vilayətinin Kızıloren rayonunda avtobus və yük avtomobilinin iştirakı ilə ağır yol-nəqliyyat hadisəsi baş verib.
Türkiyədə ağır yol qəzası baş verib, yeddi nəfər ölüb

Azərbaycan, Bakı, 19 sentyabr /Trend, müxbir A.Tağıyeva /

Türkiyənin Afyonkarahisar vilayətinin Kızıloren rayonunda avtobus və yük avtomobilinin iştirakı ilə ağır yol-nəqliyyat hadisəsi baş verib. Trend-in məlumatına görə, bu barədə cümə axşamı "Hürriyet" qəzeti xəbər yayıb.

Nəşr yazır ki, yol-nəqliyyat hadisəsi nəticəsində ilkin məlumatlara görə, yeddi nəfər həlak olub. Daha 25 nəfər isə ağır dərəcəli bədən xəsarətləri alıb.

Bildirilir ki, İstanbuldan Antalyaya gedən avtobus idarəetməni itirib və yük avtomobilinə çırpılıb.
Yaralılar yaxınlıqdakı xəstəxanalara çatdırılıblar. Faktla bağlı cinayət işi açılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti