...

Türkiyənin şərqində güclü zəlzələ baş verib

Hadisə Materials 26 Sentyabr 2013 10:00 (UTC +04:00)
Ötən gün axşam saatlarında Türkiyənin şərqində yerləşən Van vilayətində yerləşən Erçiş rayonunda 4 bal gücündə zəlzələ baş verib.
Türkiyənin şərqində güclü zəlzələ baş verib

Azərbaycan, Bakı, 26 sentyabr /Trend, müxbir A.Tağıyeva/

Ötən gün axşam saatlarında Türkiyənin şərqində yerləşən Van vilayətinin Erçiş rayonunda 4 bal gücündə zəlzələ baş verib. Bu barədə Trend "Sabah" qəzetinə istinadən bildirib.

Boğaziçi Universitetinin Kandilli rəsədxanasının və Zəlzələ Araşdırmaları İnstitutunun məlumatlarına görə, yeraltı təkanlar yerli vaxtla saat 05:55 radələrində yerin təxminən 5 kilometr dərinliyində baş verib.

Məlumatda bildirilir ki, zəlzələ nəticəsində hələlik dağıntı, ölüm və xəsarət halları qeydə alınmayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti