...

Yevlaxdan olan iki keçmiş məhkum qadın yenidən tutulub

Hadisə Materials 30 Sentyabr 2013 13:17 (UTC +04:00)
Yevlaxlı iki qadın oğurluq etdiklərinə görə tutulublar.
Yevlaxdan olan iki keçmiş məhkum qadın yenidən tutulub

Azərbaycan, Bakı, 30 sentyabr / Trend, müxbir İ.İzzət /

Yevlaxdan olan iki qadın oğurluq etdiklərinə görə tutulublar.

Trend Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytına istinadən xəbər verir ki, Şəmkir Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 28-də Xatirə Məmmədovanın evindən 5000 rubl, 394 manat pul və qızıl əşyalarını oğurlamış Yevlax rayon sakinləri Cəmilə Əzizova və Sitarə Əzizova tutulublar.

Qeyd edək ki, Əzizovaların hər ikisi əvvəllər məhkum həyatı yaşayıblar.

Faktla əlaqədar cinayət işi açılıb, araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti