Azərbaycan, Bakı, 1 oktyabr /Trend, müxbir İ.İzzət/
Bakıda Ağstafa rayon sakini Cahangir Mustafayevin meyiti tapılıb.
Trend Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytına istinadən xəbər verir ki, sentyabrın 30-da Binəqədi şosesindəki evlərdən birində Ağstafa rayon sakini Cahangir Mustafayevin üzərində zorakılıq əlamətləri görünməyən meyiti tapılıb. C. Mustafayev həmin ünvanda kirayədə yaşayırmış.
Hazırda ölümün hansı səbəblərdən baş verməsinin araşdırılması məqsədilə meyit xarici və daxili müayinə olunması üçün ekspertizaya göndərilib.