...

Bakıda piyada “Şevrolet”in qurbanı oldu

Hadisə Materials 3 Oktyabr 2013 11:56 (UTC +04:00)
Nizami rayonunda baş verən yol qəzası ölümlə nəticələnib.
Bakıda piyada “Şevrolet”in qurbanı oldu

Azərbaycan, Bakı, 3 oktyabr /Trend, müxbir İ.İzzət/

Nizami rayonunda baş verən yol qəzası ölümlə nəticələnib.

Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, oktyabrın 2-si saat 23:00 radələrində Nizami rayonu Qara Qarayev prospektində piyadanın vurulması ilə bağlı hadisə baş verib. Bakı şəhər sakini Şaiq Vəliyev idarə etdiyi "Şevrolet" markalı avtomobillə yolu keçən piyada Füzuli Əhmədovu vurub. Hadisə zamanı xəsarət alan Füzili Əhmədov xəstəxanaya aparılarkən yolda ölüb.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti