...

Bakıda yük maşını minik avtomobilini sürüdü (VİDEO)

Hadisə Materials 21 Oktyabr 2013 09:41 (UTC +04:00)

Azərbaycan, Bakı, 21 oktyabr /Trend, müxbir M.Əliyev/

Bakıda baş verən yol qəzalarının bir qisminə də dönmə əməliyyatlarının düzgün həyata keçirilməməsi səbəb olur. Sürücülərin yol hərəkəti qaydalarına və həmkarlarına qarşı bu saymazlığı isə sonda acı nəticələrə gətirib çıxarır.

Trend bu tipli və digər qəzaların video görüntülərini təqdim edərək bir daha sürücüləri yollarda diqqətli olmağa və yol hərəkəti qaydalarına əməl etməyə çağırır.

Qeyd edək ki, bu ilin ilk 9 ayı ərzində Bakı şəhəri ərazisində 755 yol-nəqliyyat hadisəsi qeydə alınıb. Baş verən qəzalar zamanı 258 nəfər ölüb, 777 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Video Player
Məqalədə:
Xəbər lenti

Xəbər lenti