Azərbaycan, Bakı, 21 oktyabr /Trend/
Bakıda bazar günü ölümlə nəticələnən avtomobil qəzası baş verib.
Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən Trend-ə verilən məluamata görə, oktyabrın 20-i saat 06:10 radələrində Yasamal rayonu Yeni Dairəvi yolda Bakı şəhər sakini Faiq Hüseynov idarə etdiyi "Mercedes" markalı avtomobillə idarəetməni itirərək maneəyə vurub, nəticədə sərnişini Sabir Əliyev hadisə yerində ölüb.