...

Bakıda iki yük maşını toqquşub

Hadisə Materials 21 Oktyabr 2013 22:31 (UTC +04:00)
Bakıda iki yük maşını toqquşub. Trend-in məlumatına görə, Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Səbail rayonunda “KAMAZ” və “Shaqman” markalı iki yük avtomobili toqquşub.
Bakıda iki yük maşını toqquşub

Azərbaycan, Bakı, 21 oktyabr /Trend/

Bakıda iki yük maşını toqquşub. Trend-in məlumatına görə, Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Səbail rayonunda "KAMAZ" və "Shaqman" markalı iki yük avtomobili toqquşub.

Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, hər iki avtomobil deformasiyaya uğrayıb, "KAMAZ" markalı avtomobilin sürücüsü xəsarət alıb və nəqliyyat vasitəsində sıxılmış vəziyyətdə qalıb.

Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə sürücünü avtomobildən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.

Həmçinin, ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti