...

Şəkidə yol qəzası baş verib, yaralanan var

Hadisə Materials 30 Oktyabr 2013 07:50 (UTC +04:00)
Trend-in Kanal S-ə istinadən verdiyi məlumata görə, Şəki-Qax yolunda 2 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.
Şəkidə yol qəzası baş verib, yaralanan var

Azərbaycan, Bakı, 30 oktyabr /Trend/

Trend-in Kanal S-ə istinadən verdiyi məlumata görə, Şəki-Qax yolunda 2 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Şəki şəhər sakini Bayramov Anar Elman oğlunun idarə etdiyi, 90-SN-706 nömrə nişanlı, Hundai i30 markalı avtomobil Qax istiqamətində hərəkətdə olarkən idarəetməni itirərək, yolun kənarındakı dərəyə aşıb.

Nəticədə sürücü Anar Bayramovla yanaşı, avtomobildə olan sərnişin - Zəngilan rayonu Hacıalı kənd sakini, Məmmədov Pünhan Cəbrayıl oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Yaralılar dərhal Şəki Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Vəziyyətləri orta ağır qiymətləndirilir.

Qəzaya yüksək sürətin səbəb olması ehtimal olunur. Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti