...

Zaqatalada avtomobil ağaca çırpılaraq yanıb (ƏLAVƏ OLUNUB)

Hadisə Materials 3 Noyabr 2013 14:42 (UTC +04:00)
Trend Kanal S-ə istinadən məlumat verir ki, Zaqatalada “ Mersedes” markalı minik avtomobili yolun kənarındakı ağaca çırpılb, daha sonra avtomobil yanıb.
Zaqatalada avtomobil ağaca çırpılaraq yanıb (ƏLAVƏ OLUNUB)

Təfərrüatlar əlavə edilib (İlk xəbər 03:01-də yayılıb)

Azərbaycan, Bakı, 3 noyabr /Trend/

Trend Kanal S-ə istinadən məlumat verir ki, Zaqatalada " Mersedes" markalı minik avtomobili yolun kənarındakı ağaca çırpılb, daha sonra avtomobil yanıb.

Hadisə Yevlax-Zaqatala-Gürcüstan magistiral yolunun Zaqatala rayonu, Mazıx kəndi ərazisindən keçən hissəsində baş verib.

Bakı şəhər sakini Alıyev Vüqar İlham oğlu idarə etdiyi "Mersedes" markalı avtomobili Balakən rayonu istiqamətində hərəkətdə olarkən idarəetməni itirərək yolun kənarındakı ağaca çırpıb.

Qəzadan sonra avtomobildə yanğn baş verib.

Hadisə yerinə Fövqaladə Hallar Nazirliyinin Zaqatala rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikası və canlı qüvvəsi cəlb edilib. Yanğın nəticəsində avtomobilin mühərriki və salonu yanaraq yararsız hala düşüb.

Sürücü Vüqar Alıyev və sərnişini Bakı şəhər sakini 1985-ci il təvəllüdlü Əliyev Vüsal İslam oğlu Zaqatala Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Zaqatala MRX-dan verilən məlumata görə, Vüqar Alıyev və Vüsal Əliyevə ilkin yardım göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıblar.

Xəbər lenti

Xəbər lenti