...

Kəbə ətrafında aparılan təmir işləri zamanı çökmə baş verib

Hadisə Materials 29 Noyabr 2013 17:38 (UTC +04:00)

Azərbaycan, Bakı, 29 noyabr /Trend/

Müsəlmanların müqəddəs ziyarətgahında - Kəbə ətrafında aparılan təmir işləri zamanı çökmə baş verib.

Trend-in Türkiyənin "Anadolu" agentliyinə istinadən verdiyi məlumata görə, çökməyə səbəb tikinti sahəsinin həddən artıq yüklənməsi olub. Hadisə zamanı ölən və yaralanan olmayıb.

Çökmə səbəbindən tikinti və genişləndirilmə işləri müvəqqəti olaraq dayandırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti