...

Volqoqradda trolleybusda partlayış 12 nəfərin həyatına son qoyub (ƏLAVƏ OLUNUB)

Hadisə Materials 30 Dekabr 2013 10:48 (UTC +04:00)
Bu gün yerli vaxtla səhər saat 08:25-də Rusiyanın Volqoqrad şəhərində trolleybusda baş vermiş partlayış nəticəsində ölənlərin sayı 12 nəfərə çatıb, 10-dan artıq insan isə xəsarət alıb.
Volqoqradda trolleybusda partlayış 12 nəfərin həyatına son qoyub (ƏLAVƏ OLUNUB)

Azərbaycan, Bakı, 30 dekabr /Trend/

Bu gün yerli vaxtla səhər saat 08:25-də Rusiyanın Volqoqrad şəhərində trolleybusda baş vermiş partlayış nəticəsində ölənlərin sayı 12 nəfərə çatıb, 10-dan artıq insan isə xəsarət alıb.

Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, partlayış baş vermiş ərazi əhatəyə alınıb.

Məlumata görə, hadisə yerində xüsusi xidmət orqanları çalışırlar. Partlayışın baş verdiyi küçə üzrə hərəkət hər iki tərəfdən bağlanılıb.

Rusiya Səhiyyə Nazirliyinin rəsmi nümayəndəsi Oleq Salaqay isə "Rossiya 24" telekanalına bildirib ki, trolleybusdakı partlayış nəticəsində 25 nəfər xəsarət alıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti