...

İlkin məlumata görə, Volqoqraddakı partlayışda ölən və yaralılar arasında azərbaycanlı yoxdur

Hadisə Materials 30 Dekabr 2013 11:04 (UTC +04:00)
İlkin məlumata görə, Rusiyanın Volqoqrad şəhərində baş vermiş partlayış nəticəsində ölən və xəsarət alanlar arasında azərbaycanlı yoxdur. Bunu bazar ertəsi Trend-ə Ümumrusiya Azərbaycan Konqresi (ÜAK) Volqoqrad nümayəndəliyinin sədri Teymur Həsənov deyib.
İlkin məlumata görə, Volqoqraddakı partlayışda ölən və yaralılar arasında azərbaycanlı yoxdur

Azərbaycan, Bakı, 30 dekabr /Trend, müxbir S.Ağayeva/

İlkin məlumata görə, Rusiyanın Volqoqrad şəhərində baş vermiş partlayış nəticəsində ölən və xəsarət alanlar arasında azərbaycanlı yoxdur. Bunu bazar ertəsi Trend-ə Ümumrusiya Azərbaycan Konqresi (ÜAK) Volqoqrad nümayəndəliyinin sədri Teymur Həsənov deyib.

Onun sözlərinə görə, ÜAK-ın vilayət nümayəndəliyi Volqoqraddakı ikinci partlayış haqqında xəbərdən sonra ölən və xəsarət alanlar arasında azərbaycanlıların olub-olmadığını öyrənmək üçün yerli hüquq-mühafizə orqanları ilə əlaqə saxlayıb.

T.Həsənov bildirib ki, hazırda ölən və xəsarət alanlar arasında azərbaycanlıların olması barədə məlumat daxil olmayıb.

Qeyd edək ki, bu gün səhər saatlarında Volqoqradda trolleybusda baş vermiş partlayış nəticəsində 12 nəfər ölüb, 25 insan isə xəsarət alıb.

Rusiyanın Volqoqrad vilayətində təqribən 60 min azərbaycanlı yaşayır, onlardan 32 minə yaxını Volqoqrad şəhərində məskunlaşıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti