...

İstintaq komitəsi: Volqoqradda trolleybusda partlayışı terrorçu-intiharçı törədib

Hadisə Materials 30 Dekabr 2013 12:55 (UTC +04:00)
Müstəntiqlər müəyyənləşdiriblər ki, Volqoqradda trolleybusda partlayışı terrorçu-intiharçı törədib, bombanın gücü isə trotil ekvivalentində 4 kiloqram olub.
İstintaq komitəsi: Volqoqradda trolleybusda partlayışı terrorçu-intiharçı törədib

Azərbaycan, Bakı, 30 dekabr /Trend/

Müstəntiqlər müəyyənləşdiriblər ki, Volqoqradda trolleybusda partlayışı terrorçu-intiharçı törədib, bombanın gücü isə trotil ekvivalentində 4 kiloqram olub. Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumat görə, bunu Rusiya İstintaq Komitəsinin rəsmi nümayəndəsi Vladimir Markin deyib.

Onun sözlərinə görə, partlayışı törədən terrorçunun şəxsiyyətini müəyyənləşdirmək üçün onun cəsədinin hissələri genetik ekspertizaya göndərilib.

V.Markin bildirib ki, terror aktı nəticəsində 14 nəfər ölüb, 28 nəfər isə xəstəxanaya yerləşdirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti