...

Volqoqrad vağzalında partlayış törətməkdə şübhəli bilinənin şəxsiyyəti müəyyənləşib

Hadisə Materials 30 Dekabr 2013 14:50 (UTC +04:00)
Dekabrın 30-da Volqoqradın Mərkəzi Vağzalında baş vermiş partlayışı slavyan xarici görünüşü olan qadın və kişi törədib.
Volqoqrad vağzalında partlayış törətməkdə şübhəli bilinənin şəxsiyyəti müəyyənləşib

Azərbaycan, Bakı, 30 dekabr /Trend/

Dekabrın 29-da Volqoqradın Mərkəzi Vağzalında baş vermiş partlayışı slavyan xarici görünüşü olan qadın və kişi törədib.

Trend-in "İnterfaks"a istinadən verdiyi məlumata görə, terrorçu kişinin şəxsiyyəti müəyyənləşib. Həmin şəxs RF Mari EL Respublikasının Voljska şəhərindən olan Pavel Peçenkindir.

İstintaq Komitəsinin məlumatına görə, bombanın gücü trotil ekvivalentində 10 kiloqram təşkil edib. Videokameralar da partlayışın mərkəzində olan kişini görüntüləyib. Hadisə yerinə baxış keçirilərkən qumbaranın mili ilə birlikdə kişi barmağı tapılıb. Daha sonra aşkar edilmiş qumbara və tapançanın həmin terrorçuya məxsus olduğu güman edilir.

Versiyalardan birinə görə, partlayıcını vağzala terrorçu kişi çantada gətirib. O, yoxlanışdan keçərkən siqnalizasiya işə düşüb, bundan sonra polis şübhəlini kənara çəkib və ona fərdi yoxlanışdan keçməyi təklif edib. Bu zaman partlayıcı qurğu işə düşüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti