...

Bakıda bayram günlərində dəm qazının fəsadları: 42 nəfər zəhərlənib, 1 nəfər ölüb

Hadisə Materials 4 Yanvar 2014 13:09 (UTC +04:00)

Azərbaycan, Bakı, 4 yanvar /Trend, müxbir İ.İzzət/

Bayram günlərində Bakıda 42 nəfər dəm qazından zəhərlənib, 1 nəfər isə ölüb. Bu barədə Trend-ə Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının (BŞTTTYS) Operativ işlər üzrə şöbəsinin böyük həkimi Zemfira Vahidova məlumat verib.

Onun sözlərinə görə, 2013-cü il dekabrın 31-də 13 nəfər, 2014-cü il yanvarın 1-də 9 nəfər, yanvarın 2-də 13 nəfər, yanvarın 3-də isə 7 nəfər dəm qazından zəhərlənib.

Zəhərlənmələr nəticəsində 32 nəfər xəstəxanaya yerləşdirilib. Həmin şəxslərdən bir nəfərin həyatını xilas etmək mümkün olmayıb və o, xəstəxanada ölüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti