Azərbaycan, Bakı, 11 yanvar /Trend, müxbir İ.İzzət/
Azərbaycan Milli Ordusunun əsgəri intihar edib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə bildiriblər ki, nazirliyin N saylı hərbi hissəsində əsgər, 1992-ci il təvəllüdlü Məzahir Abdullayev intihar edib.
Faktla bağlı hərbi prokurorluq tərəfindən cinayət işi başlanıb, istintaq aparılır.
Qeyd edək ki, M.Abdullayev 2013-cü ilin yanvar ayında Bakının Sabunçu rayonundan həqiqi hərbi xidmətə çağırılıb.