...

Tovuz sakini minaya düşüb

Hadisə Materials 15 Yanvar 2014 09:28 (UTC +04:00)
Trend Kəpəz TV-yə istinadən xəbər verir ki, rayonun Ermənistanla həmsərhəd olan Qaralar kəndinin 40 yaşlı sakini Hidayət Müseyibov düşmənlə sərhəddə yerləşən ərazilərə keçən heyvanlarının ardınca gedərkən minaya düşüb.
Tovuz sakini minaya düşüb

Azərbaycan, Bakı, 15 yanvar /Trend/

Tovuzda mülki şəxs minaya düşüb.

Trend Kəpəz TV-yə istinadən xəbər verir ki, rayonun Ermənistanla həmsərhəd olan Qaralar kəndinin 40 yaşlı sakini Hidayət Müseyibov düşmənlə sərhəddə yerləşən ərazilərə keçən heyvanlarının ardınca gedərkən minaya düşüb. Hadisə dünən axşam saatlarında baş verib.

H.Müseyibov yaxınlarının köməyi ilə Tovuz Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Xəstəxanadan verilən məlumata görə, o, sağ ayağının pəncəsi və barmaqlarından ciddi xəsarət alıb və ayağının baş barmağının amputasiya ediləcəyi gözlənilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti