Azərbaycan, Bakı, 24 yanvar /Trend, müxbir R.Hafizoğlu/
Qahirənin mərkəzində güclü partlayış baş verib. Trend-in məlumatına görə, bu barədə cümə günü "Əl-Cəzirə" telekanalı xəbər yayıb.
Məlumata görə, partlayışda ən azı 3 nəfər ölüb, 47 nəfər yaralanıb.
Partlayışın səbəbləri hələlik məlum deyil.