...

Şəmkirdə gənc oğlan dəm qazından zəhərlənib

Hadisə Materials 28 Yanvar 2014 12:52 (UTC +04:00)
Şəmkir sakini 18 yaşlı Gəray Orucov ötən gün axşam saatlarında yaşadığı ünvanda dəm qazından zəhərlənib.
Şəmkirdə gənc oğlan dəm qazından zəhərlənib

Azərbaycan, Bakı, 28 yanvar /Trend/

Şəmkir sakini 18 yaşlı Gəray Orucov ötən gün axşam saatlarında yaşadığı ünvanda dəm qazından zəhərlənib.

Trend Kəpəz TV-yə istinadən xəbər verir ki, yaxınlarının sözlərinə görə, hadisə zamanı gənc oğlan vanna otağında olub. Yaranmış texniki nasazlıq səbəbindən dəm qazı otağa dolub və Gəray Orucov zəhərlənib.

Yaxınlarının köməkliyi ilə Şəmkir Mərkəzi Rayon Xəstəxanasına gətirilən gənc dərhal Reanimasiya şöbəsinə yerləşdirilib. Göstərilən tibbi yardımlar nəticəsində Gəray Orucovun həyatını xilas etmək mümkün olub, vəziyyətinin kafi olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti