...

Volqoqradda partlayış törədənlərin şəxsiyyəti məlum olub

Hadisə Materials 30 Yanvar 2014 15:07 (UTC +04:00)
Volqoqradda vağzal və trolleybusda partlayış törətmiş intiharçı-terrorçuların şəxsiyyəti müəyyənləşdirilib.
Volqoqradda partlayış törədənlərin şəxsiyyəti məlum olub

Azərbaycan, Bakı, 30 yanvar /Trend/

Volqoqradda vağzal və trolleybusda partlayış törətmiş intiharçı-terrorçuların şəxsiyyəti müəyyənləşdirilib. Trend-in məlumatına görə, bu barədə RİA Novosti Rusiya Milli Antiterror Komitəsinə istinadən xəbər verir.

Məlumatda qeyd edilir ki, 2013-cü il dekabrın 29 və 30-da Volqoqradda törədilmiş terror aktları üzrə qaldırılmış cinayət işinin istintaqı çərçivəsində isti izlərlə iki intiharçı-terrorçunun şəxsiyyəti müəyyən edilib: "Bunlar "Buynak terror qruplaşması"nın üzvləri Əsgər Səmədov və Süleyman Maqomedovdur".

O da bildirilir ki, Volqoqrada iki intiharçı-terrorçunu gətirməkdə şübhəli bilinən iki nəfər isə Dağıstanda tutulub: "Həmin şəxslər Maqomednəbi və Tahir Batirov qardaşlarıdır".

Qeyd edək ki, ötən il dekabrın 29 və 30-da Volqoqradda törədilmiş terror aktları nəticəsində 34 nəfər ölmüş, 106 nəfər isə xəsarət almışdı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti