...

İranda avtobus dərəyə aşıb, 15 nəfər ölüb, 19 nəfər yaralanıb

Hadisə Materials 18 Fevral 2014 09:46 (UTC +04:00)
İranın Larican şəhərinin Polur bölgəsində magistral yolda "Volvo" markalı avtobus aşaraq dərəyə düşüb.
İranda avtobus dərəyə aşıb, 15 nəfər ölüb, 19 nəfər yaralanıb

Azərbaycan, Bakı, 18 fevral /Trend, müxbir T.Cəfərov/

İranın Larican şəhərinin Polur bölgəsində magistral yolda "Volvo" markalı avtobus aşaraq dərəyə düşüb. Nəticədə 15 nəfər həlak olub, 19 nəfər isə yaralanıb. Trend-in məlumatına görə, bu barədə İSNA agentliyi xəbər verir.

Məlumata əsasən, hadisə bu gün səhər yerli vaxtla 4:15-də baş verib. Tehrandan Qorqan şəhəri istiqamətində gedən avtobus 40 metr hündürlükdən dərəyə aşıb.

Avtobusda 30-a yaxın sərnişin olub. Xilasetmə işləri tamamlanıb və yaralılar yaxınlıqdakı xəstəxanalara çatdırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti