...

Kürdəmirdə ovçu özünü yaralayıb

Hadisə Materials 18 Fevral 2014 12:28 (UTC +04:00)
Kürdəmir RPŞ əməkdaşları tərəfindən hadisə yerindən 1 ədəd müvafiq sənədləri olmayan “İJ” markalı ov tüfəngi götürülüb.
Kürdəmirdə ovçu özünü yaralayıb

Azərbaycan, Bakı, 18 fevral /Trend/

Kürdəmirdə ovçu özünü yaralayıb.

Trend Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, fevralın 17-də Kürdəmir rayonu Şilyan kəndinin ərazisində Qarasu kənd sakini Rahim Rahimov ov edərkən silahla ehtiyatsız davrandığından açılmış atəş nəticəsində xəsarət alıb və xəstəxanaya yerləşdirilib.

Kürdəmir RPŞ əməkdaşları tərəfindən hadisə yerindən 1 ədəd müvafiq sənədləri olmayan "İJ" markalı ov tüfəngi götürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti