...

İranda yol qəzasında ölənlərin sayı 20-yə çatıb (FOTO)

Hadisə Materials 18 Fevral 2014 17:18 (UTC +04:00)
İranın Larican şəhərinin Polur bölgəsində magistral yoldan çıxaraq dərəyə aşan "Volvo" markalı avtobusun sərnişinləri arasında ölənlərin sayı 20-yə çatıb.
İranda yol qəzasında ölənlərin sayı 20-yə çatıb (FOTO)

Azərbaycan, Bakı, 18 fevral /Trend, müxbir T.Cəfərov/

İranın Larican şəhərinin Polur bölgəsində magistral yoldan çıxaraq dərəyə aşan "Volvo" markalı avtobusun sərnişinləri arasında ölənlərin sayı 20-yə çatıb. Trend-in "Mehr" agentliyinə istinadən verdiyi məlumata görə, bunu İranın Sərnişindaşıma Korporativlər Birliyinin sədri Əhmədrza Amiri deyib.

Ə.Amiri bildirib ki, ilkin məlumata görə, sərnişin avtobusunun dərəyə aşmasına səbəb sürücünün idarəetməni itirməsi olub. Polis hazırda hadisənin dəqiq başvermə səbəbini araşdırır.

Qeyd edək ki, bu gün səhər yerli vaxtla saat 04:15-də İranın Larican şəhərinin Polur bölgəsində magistral yolda "Volvo" markalı avtobus aşaraq dərəyə düşüb. İlkin məlumata görə, hadisə nəticədə 15 nəfər həlak olmuş, 19 nəfər isə yaralanmışdı.

Tehrandan Qorqan şəhəri istiqamətində gedən avtobus 40 metr hündürlükdən dərəyə aşıb.

Avtobusda 30-dan çox sərnişin olub. Xilasetmə işləri tamamlanıb və yaralılar yaxınlıqdakı xəstəxanalara çatdırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti