...

Gəncədə bıçaqlanma hadisəsi baş verib

Hadisə Materials 25 Fevral 2014 01:23 (UTC +04:00)
Trend Kəpəz TV-yə istinadən xəbər verir ki, şəhər Təcili Tibbi Yardım Xəstəxanasının cərrahiyyə şöbəsindən verilən məlumata görə, iki nəfər naməlum şəxs Tural Rzayevi xəstəxanaya gətiriblər.
Gəncədə bıçaqlanma hadisəsi baş verib

Azərbaycan, Bakı, 25 fevral /Trend/

Gəncədə bıçaqlanma hadisəsi baş verib.

Trend Kəpəz TV-yə istinadən xəbər verir ki, şəhər Təcili Tibbi Yardım Xəstəxanasının cərrahiyyə şöbəsindən verilən məlumata görə, iki nəfər naməlum şəxs Tural Rzayevi xəstəxanaya gətiriblər.

Boğazından bir bıçaq yarası alan Tural Rzayev dərhal əməliyyat olunub. Vəziyyətinin ağır olduğu bildirilən yaralı əməliyyatdan sonra Reanimasiya şöbəsinə yerləşdirilib.

Həkimlərin sözlərinə görə, yaralını gətirən şəxslər onu tanımadıqlarını bildirirlər və Tural Rzayevin şəhərin Dəmir yolu vağzalının yaxınlığında bıçaqlandığını söyləyirlər. Xəstənin vəziyyəti ağır olduğundan danışa bilmir və onun harada yaşadığı haqqında heç bir məlumat əldə etmək mümkün deyil.

Tural Rzayevin kim və ya kimlər tərəfindən vurulduğu, eləcə də yaralı barədə digər məlumatları əldə etmək üçün Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti