...

Qubada minik avtomobilləri toqquşub, 4 nəfər yaralanıb (FOTO)

Hadisə Materials 26 Fevral 2014 02:42 (UTC +04:00)
Qubada minik avtomobilləri toqquşub, 4 nəfər yaralanıb.
Qubada minik avtomobilləri toqquşub, 4 nəfər yaralanıb (FOTO)

Azərbaycan, Bakı, 26 fevral / Trend /

Qubada minik avtomobilləri toqquşub, 4 nəfər yaralanıb.

Trend-in Regional TV-yə istinadən verdiyi məlumata görə, fevralın 25-də, axşam saatlarında Quba şəhəri, Məşədi Əzizbəyov küçəsində yol nəqliyyat hadisəsi baş verib. 1985-ci il təvəllüdlü Ağdam rayon sakini Elçin Cavadovun idarə etdiyi "Tofaş" markalı avtomobil qarşıdan gələn 1974-cü il təvəllüdlü Quba rayon sakini Elçin Sultanovun idarə etdiyi "Vaz 21 09" markalı nəqliyyat vasitəsi ilə toqquşub.

Nəticədə hər iki sürücü və sərnişinlər - 1980-ci il təvəllüdlü Beyləqan rayon sakini Vüsal Rüstəmov, 1987-ci il təvəllüdlü Bakı şəhər sakini Anar Məhərrəmov müxtəlif dərəcəli xəsarətlər alıblar.

Yaralılar Quba Mərkəzi rayon xəstəxanasının cərrahiyyə şöbəsinə yerləşdiriliblər. Tibb müəssisəsinin növbətçi həkimi Sərraf Mahmudovun RTV-yə verdiyi məlumata görə, hər iki sürücünün vəziyyəti orta-ağırdır, onlar palata şəraitində müalicə alırlar. Digər 2 yaralı isə, ilkin tibbi yardımdan sonra ambulator müalicə üçün evə buraxılıb.

Hadisənin başvermə səbəbləri hələlik məlum deyil.

Faktla bağlı Quba rayon Polis Şöbəsində araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti