...

Xaçmazda qadın sürücü qəza törətdi: 2 yaralı (FOTO)

Hadisə Materials 26 Fevral 2014 23:02 (UTC +04:00)
Bu gün axşam saatlarında Gəndob-Yalama yolunun Xaçmaz rayonunun Qusarçay kəndi ərazisindən keçən hissəsində yol-nəqliyyat hadisəsi baş verib.
Xaçmazda qadın sürücü qəza törətdi: 2 yaralı (FOTO)

Azərbaycan, Bakı, 26 fevral /Trend/

Bu gün axşam saatlarında Gəndob-Yalama yolunun Xaçmaz rayonunun Qusarçay kəndi ərazisindən keçən hissəsində yol-nəqliyyat hadisəsi baş verib.

Trend Regionla TV-yə istinadən məlumat verir ki, 30 yaşlı Xudat şəhər sakini Seyid Sevincin idarə etdiyi "VAZ 2106" markalı avtomobil qarşıdan gələn "Volkswagen" markalı nəqliyyat vasitəsi ilə toqquşub. Nəticədə xanım sürücü və digər avtomobildə olan 29 yaşlı Xaçmaz şəhər sakini Orxan Novruzov müxtəlif dərəcəli xəsarətlərlə Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına gətirilib.

O.Novruzovun xəsarətləri yüngül olduğundan o, ilkin tibbi yardımdan sonra ambulator müalicə üçün evə buraxılıb.

S.Sevicin xəsarətləri isə nisbətən ağır olduğundan travmatologiya şöbəsində müalicə alır.

Hazırda qəzanın başvermə səbəbləri araşdırılır.

Xəbər lenti

Xəbər lenti