...

"Titanik"də əxlaqsızlıq yuvası saxlanırmış

Hadisə Materials 3 Mart 2014 13:57 (UTC +04:00)
Samux və İmişli rayon sakinlərinin əxlaqsızlıq yuvası təşkil etmələri müəyyən edilib.
"Titanik"də əxlaqsızlıq yuvası saxlanırmış

Azərbaycan, Bakı, 3 mart /Trend, müxbir İ.İzzət/

"Titanik" hotelində əxlaqsızlıq yavasının təşkil edildiyi aşkar edilib.

Trend Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytına istinadən xəbər verir ki, İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Samux rayon sakini Cəlil Ələsgərovun və İmişli rayon sakini Rüfət Nəsirovun Bakı şəhərindəki "Titanik" hotelində əxlaqsızlıq yavası təşkil etmələri müəyyən edilib.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti