...

Türkiyədə zəlzələ olub

Hadisə Materials 5 Mart 2014 17:14 (UTC +04:00)
Türkiyənin Van vilayətində Rixter cədvəli üzrə 4 bal gücündə zəlzələ baş verib.
Türkiyədə zəlzələ olub

Azərbaycan, Bakı, 5 mart /Trend, müxbir R.Hafizoğlu/

Türkiyənin Van vilayətində Rixter cədvəli üzrə 4 bal gücündə zəlzələ baş verib. Bu barədə Trend "Anadolu" agentliyinə istinadən məlumat verir.

Boğaziçi Universiteti yanında Qəndilli Rəsədxanası və Seysmoloji Araşdırmalar İnstitutunun məlumatına görə, zəlzələ çərşənbə günü yerli vaxtla saat 14:03-də 4 kilometr dərinlikdə baş verib. Zəlzələnin episentri vilayətin Mollaqasım kəndində olub.

Zəlzələ yerli sakinlər arasında təşvişə səbəb olub.

İlkin məlumatlara görə, dağıntı və tələfat yoxdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti