...

Hacıqabulda avtomobil aşıb, ölən var

Hadisə Materials 6 Mart 2014 13:51 (UTC +04:00)
Hacıqabul rayonunda baş verən yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib.
Hacıqabulda avtomobil aşıb, ölən var

Azərbaycan, Bakı, 6 mart /Trend, müxbir İ.İzzət/

Hacıqabul rayonunda baş verən yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib.

Trend Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytına istinadən xəbər verir ki, martın 5-də saat 17 radələrində Hacıqabul rayonu Muğan qəsəbəsinin ərazisində Talış kənd sakini Elman Qafarov idarə etdiyi "VAZ-2106" markalı avtomobili aşırıb. E.Qafarovun sərnişini - Meyniman kənd sakini Arslan İsgəndərov hadisə yerində ölüb.

Faktla bağlı cinayət işi açılıb, istintaq gedir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti