...

Heydər Əliyev Beynəlxalq Hava Limanında oğurluq edən qadın tutulub

Hadisə Materials 12 Mart 2014 12:29 (UTC +04:00)

Azərbaycan, Bakı, 12 mart /Trend, müxbir İ.İzzət/

Heydər Əliyev Beynəlxalq Hava Limanında oğurluq edən şəxsin kimliyi məyyən edilib.

Trend-in Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, aeroportda Bakı şəhər sakini Fərid Əmrahova məxsus, içərisində 3500 dollar pul və sənədlər olan çanta oğurlanıb.

Nəqliyyatda Baş Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluğun Heydər Əliyev Beynəlxalq Hava Limanında Avtovağzal üzrə növbətçi işləyən Nigar Həsənova tərəfindən törədilməsi müəyyən edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti