...

Beyləqanda avtomobil aşıb, sürücü ölüb

Hadisə Materials 9 Aprel 2014 14:16 (UTC +04:00)
Beyləqanda baş verən yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib.
Beyləqanda avtomobil aşıb, sürücü ölüb

Azərbaycan, Bakı, 9 aprel /Trend, müxbir İ.İzzət/

Beyləqanda baş verən yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, aprelin 8-də saat 16 radələrində Beyləqan rayonu Əhmədli kəndinin ərazisində Şərq qəsəbə sakini Rəhbər Fərəcov idarə etdiyi "Kia" markalı avtomobili aşırıb. Nəticədə sürücü R.Fərəcov hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti