...

İrandan Azərbaycana keçən KamAZ-ın kabinəsində narkotik tapılıb

Hadisə Materials 29 Aprel 2014 16:02 (UTC +04:00)
Baxış zamanı maşının kabinəsində, sürücü oturacağı ilə yataq yerinin arasındakı boşluqda çəkisi 2,39 qram olan narkotik vasitə - həşiş qatranı aşkar olunub.
İrandan Azərbaycana keçən KamAZ-ın kabinəsində narkotik tapılıb

Azərbaycan, Bakı, 29 aprel /Trend, müxbir İ.İzzət/

Maşının kabinəsində həşiş qatranı aşkar olunub.

Dövlət Gömrük Komitəsindən Trend-ə verilən məlumata görə, Astara Gömrük İdarəsinin yük şöbəsində İran İslam Respublikasından Azərbaycan Respublikasına gələn Azərbaycan vətəndaşı Çingiz Kərimovun idarə etdiyi "KamAZ-54112" markalı nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib.

Baxış zamanı maşının kabinəsində, sürücü oturacağı ilə yataq yerinin arasındakı boşluqda çəkisi 2,39 qram olan narkotik vasitə - həşiş qatranı aşkar olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti