...

ABŞ-da həbsxana binası dağılıb, 100-dən çox məhbus xəsarət alıb

Hadisə Materials 1 May 2014 14:27 (UTC +04:00)
ABŞ-ın Florida ştatında həbsxana binasının bir hissəsinin dağılması nəticəsində 100-dən artıq məhbus xəsarət alıb.
ABŞ-da həbsxana binası dağılıb, 100-dən çox məhbus xəsarət alıb

Azərbaycan, Bakı, 1 may /Trend/

ABŞ-ın Florida ştatında həbsxana binasının bir hissəsinin dağılması nəticəsində 100-dən artıq məhbus xəsarət alıb.

Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, hadisə Eskambiya dairəsindəki həbsxanada olub.

Hadisə baş verən zaman binada təqribən 600 məhkum olub. Ölənlər barədə məlumat verilmir. Məhbusların bəzilərinin qaçması barədə də məlumat daxil olmayıb.

Hadisəyə səbəb kimi qaz partlayışı göstərilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti