Azərbaycan, Bakı, 7 may /Trend/
Lənkəran sakini tapdığı silahları polisə təhvil verib.
Trend Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, Lənkəran şəhər sakini Sahib Dadaşov tapdığı 1 ədəd "Revolver", 1 ədəd əldədüzəltmə və 1 ədəd pnevmatik tapançaları könüllü olaraq Lənkəran ŞRPŞ-yə təhvil verib.