...

Bakı sakini qadını ov tüfəngi ilə başından güllələyib

Hadisə Materials 19 May 2014 14:20 (UTC +04:00)
Bakının Əmircan qəsəbə sakini ov tüfəngindən atəş açaraq həmyerlisinə baş nahiyəsindən xəsarət yetirib.
Bakı sakini qadını ov tüfəngi ilə başından güllələyib

Azərbaycan, Bakı, 19 may /Trend, müxbir İ.İzzət/

Bakının Əmircan qəsəbə sakini ov tüfəngindən atəş açaraq həmyerlisinə baş nahiyəsindən xəsarət yetirib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, mayın 18-də Suraxanı rayonu, Əmircan qəsəbəsinin ərazisində qəsəbə sakini Sergey Manquşev xuliqanlıq zəminində özünə məxsus ov tüfəngindən atəş açaraq həmyerlisi Sevda Yusif qızı Səfixanovaya baş nahiyəsindən yüngül xəsarət yetirib.

Suraxanı rayon Polis İdarəsi 31-ci polis bölməsinin əməkdaşları tərəfindən S.Manquşevdən ov tüfəngi götürülüb.

Qeyd edək ki, S.Manquşev əvvəllər məhkumluq həyatı yaşayıb.

Faktla əlaqədar cinayət işi açılıb, araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti