...

Qobustanda əyləncə mərkəzində faciə: 1 şagird ölüb, 2-si yaralanıb (ƏLAVƏ OLUNUB-2)

Hadisə Materials 23 May 2014 17:26 (UTC +04:00)
Qobustanda Oksford məktəbinin şagirdlərindən 1-nin ölməsi, 2-nin xəsarət alması ilə nəticələnən hadisənin təfərrüatları bəlli olub.
Qobustanda əyləncə mərkəzində faciə: 1 şagird ölüb, 2-si yaralanıb (ƏLAVƏ OLUNUB-2)

Təfərrüatlar əlavə edilib (İlk xəbər 16:40-da yayılıb)

Azərbaycan, Bakı, 23 may /Trend, müxbir İ.İzzət, İ.İsabalayeva/

Qobustanda Oksford məktəbinin şagirdlərindən 1-nin ölməsi, 2-nin xəsarət alması ilə nəticələnən hadisənin təfərrüatları bəlli olub.

Qobustan rayon Təcili Tibbi Yardım Xidmətindən Trend-ə verilən məlumata görə, hadisə Qobustanda "Cənnət bağı" adlanan əyləncə və istirahət mərkəzində qeydə alınıb.

Hadisə bu gün saat 13:00 radələrində baş verib və əraziyə təcili yardım briqadası çağırılıb.

Əraziyə əylənməyə gələn uşaqlar orada maşın sürərkən o, qəfildən aşıb. Nəticədə 1 şagird ölüb, 2 şagird isə yaralanıb. Hadisə nəticəsində ölən və yaralananlar 10-11 yaşlı qızlar olub. Maşın aşan zaman onun içində müəllimə də olub. Lakin müəllimə xəsarət almayıb.

Uşaqlardan biri çiynindən zədə alıb.

Hadisə baş verərkən ərazidə əylənmək üçün 30-35 şagird olub.

Ərazidəki təcili tibbi yardım briqadasının işçiləri yaralanan məktəblilərə ilkin tibbi yardım göstəriblər.

Faktla bağlı Qobustan rayon prokurorluğunda araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti